Menu

Əhali banklardan əmanətlərini geri götürməkdə davam edir

02.11.2015, 10:59
Əhali banklardan əmanətlərini geri götürməkdə davam edir

Sentyabr ayında əhalinin banklardakı əmanətləri 8,5 milyon manat azalıb. Banklarda əmanətlər Avqustda 284,8 milyon manat azalmışdı.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 01 Oktyabr 2015-ci il tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 311,8 milyon manat təşkil edib. Bu, Sentyabr ayının 1-i ilə müqayisədə 8,5 milyon manat azdır. Sentyabrın 1-də əhalinin banklarda əmanətləri 7 milyard 320,3 milyon manat idi.

Qeyd edək ki, devalvasiyadan sonra banklarda əhalinin əmanətləri 7 milyard 932,7 milyon manata çıxmışdı. Həmin vaxtan 30 Sentyabra qədər əmanətlər 620,9 milyon manat və ya 8%-ə yaxın azalıb.

DOLLARDAKI ƏMANƏTLƏR ARTIR

Əmanətlərin 24,3%-i və ya 1 milyard 777,8 milyon manatı milli valyutada, 75,7%-i və ya 5 milyard 534  milyon manatı xarici valyutada olub.

Sentyabr ayının əvvəlində əmanətlərin 25,2%-i və ya 1 milyard 847,9 milyon manatı milli valyutada, 74,8%-i isə xarici valyutada (əsasən dollarda) idi.

Avqustun əvvəlində əmanətlərin 28%-i və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada idi.

Əhalinin əmanətləri, milyon manatla 

Ay Məbləğ Milli valyutada Xarici valyutada
Dekabr 2014 7188,4 4422,4 2766,0
Yanvar 7121,3 4276,3 2845,0
Fevral 7932,7 2987,8 4944,9
Mart 7781,6 2697,0 5084,6
Aprel 7717,2 2245,1 5472,2
MAy 7601,1 2172,6 5428,5
İyun 7653,6 2179,9 5473,6
İyul 7605,1 2138,7 5466,4
Avqust 7320,3 1847,9 5472,4
Sentyabr 7311,8 1777,8 5534,0

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol