2015-ci ilin 3-cü rübündə banklar 5 filial bağlayıblar.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin iyul-sentyabr dövründə bankların yerli filiallarının sayı 763-dən 758-ə düşüb.
Dövlət banklarının filiallarının sayı 1 filial artaraq 40-dan 41-ə yüksəlib, özəl bankların filiallarının sayı isə 723-dən 717-yə geriləyib.
3-cü rübdə bankların şöblərinin sayı isə 163-dən 165-ə artıb.
İlin əvvəlindən 2 bankın lisenziyası ləğv edilmiş, nəticədə də bankların sayı 45-dən 43-ə düşüb. 3-cü rübdə ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə çıxıb.
30 Sentyabr 2015-ci il tarixinə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisensiyası olan maliyyə təşkilatlarının sayı 200, o cümlədən bankların sayı 43, bank olmayan kredit təşkilatlarının sayı 157 olub.
Banklardan fərqli olaraq, 3-cü rübdə, bank olmayan kredit təşkilatlarının sayı artaraq 227-dən 230-a, şöblərinin sayı isə 1100-dən 1104-ə çıxıb.


Şərhlər