Menu

Putin Azərbaycanla bağlı qanunu təsdiqləyib

04.11.2015, 18:54
Putin Azərbaycanla bağlı qanunu təsdiqləyib

Rusiya Federasiyasıın prezidenti Vladimir Putin federal qanun imzalayıb. "Report" TASS-a istinadən xəbər verir ki, qanun Azərbaycanla investisiyaların artırılması və qarşılıqlı qorunması sazişinin ratifikasiyası haqqındadır.

"Saziş Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyır", - sənəddə deyilir.

Qeyd edək ki, federal qanun 2015-ci il oktyabrın 23-də Dövlət Duması tərəfindən qəbul, oktyabrın 28-də isə Federasiya Şurası tərəfindən təsdiq edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol