Menu

Türkiyədə AKP-nin namizədi qətlə yetirilib

13.02.2014, 14:08
Türkiyədə AKP-nin namizədi qətlə yetirilib

Türkiyənin İstanbul şəhərində Beylikdüzü bələdiyyəsində hakim Ədalət və İnkişaf Partiyasının qarşısında silahlı insident baş verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, silahlı insident nəticəsində 30 martda keçiriləcək bələdiyyə seçkilərinə namizədliyi təqdim ediləcək Coşkun Demirkol öldürülüb.

Hakim partiyadan verilən açıqlamada qətlə yetirilən şəxsin siyasi motivlərdən deyil, şəxsi zəmində qətlə yetirildiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol