Menu

Tale Bağırzadənin müavini saxlanıldı: dindarlar polis idarəsinə yığışır - FOTOLAR-VİDEO

06.11.2015, 01:13
Tale Bağırzadənin müavini saxlanıldı: dindarlar polis idarəsinə yığışır - FOTOLAR-VİDEO

Müsəlman Birliyi Hərəkətının sədr müavini Elçin Qasımov saxlanılıb.E.Qasımov saat 23 radələrində Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Musavat.com-un hadisə yerində olan reportyoru xəbər verir ki, xeyli sayda dindar polis idarəsinin qarşısına yığılıb.

Qeyd edək ki, E.Qasımov hərəkatın sədri Tale Bağırzadənin müavinidir.

Onun saxlanılma səbəbi bilinmir.

Bir neçə gün əvvəl T.Bağırzadə Yasamal Rayon Polis İdarəsində fiziki təzyiqlərə məruz qaldığını bildirmişdi.

Müxbirimiz bildirir ki,  Polis İdarəsinin qarşısındakı giriş bağlanıb. Ara küçələr də polis nəzarətindədir. İki avtobus polis əməkdaşları əraziyə gətirilib. İdarənin qarşısına doğru  piyadaların da keçməsinə icazə verilmir. Ərazidə xeyli sayda Post Patrul Xidmətinin maşınları var.

Polis İdarəsinin qarşısında olan müxbirimiz Elçin Qasımovun saxlanılma səbəbinə dair iddiaları toplaya bilib. Həmin iddialara görə , Elçin Qasımov  5 noyabrda Nardaranda məsciddə Tale Bağırzadəyə Yasamal Rayon Polis İdarəsində təzyiq edilməsi ilə bağlı sərt çıxışına görə saxlanılıb. E.Qasımov evinin qarşısında saxlanılaraq  polis idarəsinə gətirilib. Sədr müavini polis idarəsinə gətirilərkən xeyli sayda dindar əraziyə toplaşıb. Ərazidə toplaşan 20-yə yaxın dindar da PPX maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol