Menu

Biləsuvarda güclü partlayış: 1 nəfər öldü

13.02.2014, 17:09
Biləsuvarda güclü partlayış: 1 nəfər öldü

Biləsuvarın "Heydər Əliyev prospekti"ndə Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "Kamaz" markalı maşın partlayıb. "Axar.az" "Qaynar.info"ya istinadən xəbər verir ki, partlayışın təsirindən maşın 10 metr göyə qalxaraq parçalanıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb, digər xəsarət alanlar haqqında məlumat verilmir.

Hadisənin təfərrüatları tam bəlli deyil. Hazırda ətrafdakı insanların vahiməyə düşdüyü bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol