Menu

Nazir keçmiş naziri sillələdi- VİDEO

07.11.2015, 13:31
Nazir keçmiş naziri sillələdi- VİDEO

Nazir keçmiş işçisini sillələdi. Türkiyədə nazir mərasimlərin birində keçmiş əməkdaşı ilə zarafatı maraqlı görüntünün ortaya çıxmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, Türkiyənin daxili işlər naziri Selami Altınok qatıldığı mərasimlərin birində rəsmi nümayəndələrdə bir-bir görüşüb. Burada öz sələfini görən nazir onunla da qucaqlaşaraq, görüşüb və zarafat olaraq ona sillə vurub.

Türkiyə KİV-lərinin məlumatına əsasən, Türkiyənin keçmiş nazir Mehmet Koçak üçün də bu sillə gözlənilməz olub.

Ümumiyyətlə, nazirin sevincin belə orijinal təzahürü Türkiyədə böyük rezonans yaradıb.

Nazirin keçmiş həmkarına sillə vurması

Nazirə sillə vurmaq ilk hal deyil. Analoji hal Türkiyə daha əvvəllər də olub. Türkiyədə parlament spikerinin seçildiyi vaxt bu post üçün namizədliyini irəli sürən, daha sonra baş nazirin arzusu ilə geri götürən millət vəkili Burhan Kuzu kürd əsilli həmkarı Sırrı Süreyya Öndərlə bir müddət söhbət edib. Bu vaxt Kuzu PKK terror təşkilatının siyasi cəbhəsi olan Sülh və Demokratiya Partiyasının (BDP) nümayəndəsi Öndərə zarafatla sillə vurub. Öndər isə onun əlini tutub, daha sonra tərəflər qucaqlaşıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol