İŞİD terror qruplaşması uzunmüddətli danışıqlardan sonra xristian-assuriyalıları girovluqdan azad edib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, onlar qruplaşma tərəfindən bu ilin fevralında ələ keçmişdilər.
“İŞİD bizim icmamızdan bu gün 37 nəfəri azad elədi. Onların hamısı artıq Tel-Tamara şəhərindədir. Əsasən qadınlardır”, - deyə assuriyalıların Livandakı icmasının nümayəndəsi ata Sarqon xəbər verib.
Terrorçularla danışıqlar mart ayında, xristian kəndlərinin işğalından sonra başlamışdı. O zaman 250-yə yaxın yerli sakin əsir götürülmüşdü.


Şərhlər