Avropa Parlamentinin sədri Martin Şults şənbə günü bir günlük səfərlə Tehranda olub. Musavat.com-un “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində o, İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad və parlamentin spikeri Əli Laricani ilə görüşüb.
Görüşlərin yekununa həsr olunan və prezidentin rəsmi saytında yerləşdirilmiş kommünikeyə görə, Avroparlamentin başçısı bildirib ki, Tehranın nüvə proqramına dair əldə olunan Vyana anlaşması İranla Avropa Birliyi arasında əlaqələrin genişlənməsində yeni mərhələ açıb.
“Bir daha sübut olundu ki, diplomatiya - problemlərin həlli və qarşılıqlı maraqlara nail olunmasının ən yaxşı yoludur” – qeyd edib Şults.
O, Tehranın Suriyaya dair Vyana danışıqlarında “konstruktiv rolu”nu da qeyd edib, İranı münaqişələrlə əldən düşən regiona stabillik gətirən faktor adlandırıb və əlavə edib ki. “Hazırda ümumi hədəf – İŞİD-lə mübarizədir”.


Şərhlər