Menu

Şimali Qafqazda son beş ildə 870-dən çox polis əməkdaşı və hərbçi öldürülüb

08.11.2015, 19:24
Şimali Qafqazda son beş ildə 870-dən çox polis əməkdaşı və hərbçi öldürülüb

Son beş il ərzində Şimali Qafqazda keçirilən antiterror əməliyyatları zamanı təhlükəsizlik orqanılarının 875 əməkdaşı öldürülüb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu statistik göstəriciləri açıqlayan Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə İdarəsinin rəisi Sergey Çençik ölənlərin ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı çatdırıb.

"Əfsuslar olsun ki, Rusiyanın ən seçkin övladları terrorçulara qarşı mübarizədə qəhrəmanlıqıa həlak olurlar", - deyə Çençik vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol