Menu

Müxalifət liderləri Əli İnsanovun məhkəməsinə qatıldılar

14.02.2014, 12:30
Müxalifət liderləri Əli İnsanovun məhkəməsinə qatıldılar

Bu gün Bakı Apelyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam etdirilib.

Musavat.com-un əməkdaşının məhkəmədən verdiyi xəbərə görə, prosesi izləmək üçün ölkə müxalifətinin liderləri - Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, "El" hərəkatının lideri Eldar Namazov məhkəmə iclasına qatılıblar.

Cəmil Həsənli məhkəmənin gedişində məhkəmənin ədaləti ilə bağlı irad bildirdiyinə görə iclas zalından çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol