Menu

“Sədərək”də mübahisə xəbərinin təfərrüatı - "Bıçaqlanma olmayıb"

12.11.2015, 21:28
“Sədərək”də mübahisə xəbərinin təfərrüatı - "Bıçaqlanma olmayıb"

Noyabrın 10-da “Sədərək” Ticarət Mərkəzində pulyığanlarla sahibkarlar arasında mübahisənin bıçaqlanma ilə nəticələndiyi haqda informasiya vermişdik. Ticarət Mərkəzindəki mənbənin “AzPolitika”ya verdiyi ilkin məlumatda bildirilirdi ki, pulyığan Natiq Abdullayev icarəhaqqını və ya yaxud yerpulunu gecikdirən sahibkarı təhqir etdiyinə görə yaranmış mübahisə zamanı bıçaqlanıb. Xəsarət o qədər də ciddi olmayıb.

Əməkdaşımız bu məlumatla bağlı dəqiqləşdirmə apararkən, ilkin informasiyanın bizə bir qədər şişirdilmiş formada təqdim olunduğu məlum olub. Belə ki, ticarət mərkəzində kiçik mübahisə baş versə də, bıçaqlanma söhbəti həqiqəti əks etdirmir. Mübahisə zamanı xəsarət aldığı bildirilən şəxsin soyadı isə Abdullayev yox, İsmayılovdur.

Qeyd edək ki, bizə verilən məlumatda Natiq Abdullayevin (Əslində İsmayılovun) “Sədərək” Ticarət Mərkəzində sahibkarlara qarşı kobud rəftarı ilə seçildiyi də bildirilmişdi. N.İsmayılovu yaxından tanıyan mənbə əməkdaşımızla söhbətində bu məlumatı təkzib edərək, onu “mədəni, xeyirxah, Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edən vətənpərvər azərbaycanlı sahibkar” kimi təqdim edib. Bildirib ki, N.İsmayılov həm də Türk dilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbərlərindən biridir. “Çox güman ki, kimlərsə qısqanclıq, paxıllıq zəminində N.İsmayılovu ləkələmək istəyiblər.”

Turqut

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol