Menu

Deputatın oğlu qalmaqal yaradan fotolarını sildi

14.02.2014, 22:15
Deputatın oğlu qalmaqal yaradan fotolarını sildi

Mətbuatda bahalı avtomobillərinin fotosu yayıldıqdan sonra instagram səhifəsini bağlayan deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sosial şəbəkədə fəaliyyətini bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu qalmaqala səbəb olan fotolarının bir qismini instagram səhifəsindən silib.

Xatırladaq ki, o, mətbuata açıqlamasında instagram səhifəsində yerləşdirdiyi avtomobillərin ona məxsus olmadığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol