Menu

“Rusiya qoşunları gec-tez Qafqazı tərk edəcək” 

15.02.2014, 13:05
“Rusiya qoşunları gec-tez Qafqazı tərk edəcək” 

Rusiya qoşunları Qafqazı tərk etməlidir.

APA-nın “Georgia Online” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ceymstaun Fondunda “Rusiya və Şimali Qafqaz Olimpiadadan sonra” mövzusunda keçirilən konfransda çıxış edən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

Sabiq prezident bildirib ki, gələcəkdə Rusiya Qafqazı mütləq tərk etməyə məcbur olacaq: “Bizim mövqeyimiz konkretdir. Rusiya qoşunları gec-tez həm Cənubi, həm də Şimali Qafqazdan getməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol