Yeni Yasamalda yeni göydələn tikintisinə etiraz edən sakinlər etiraz aksiyası keçiriblər
Hadisə Bakının Yeni Yasamal yaşayış massivinin sakinləri etiraz aksiyası keçirib. Aksiya qəsəbə sakinləri yaşadığı binaların yaxınlığının hasara alınaraq inşaat işləri aparılmasına etiraz əlaməti olaraq keçirilib. Sakinlərin sözlərinə görə, Yeni Yasamal 2 massivi gecə saatlarında hasara alınıb. Buna etiraz olaraq sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin binasına yürüş ediblər. İcra Hakimiyyətindən isə bildiriblər ki, ərazidə tikilən yeni binadan xəbərləri yoxdur və bununla bağlı müvafiq tədbirlər görüləcək.
Lakin İcra Hakimiyyəti ərazidə tikinti işlərinin qarşısını almayıb. Vəziyyətin nə yerdə olduğunu görən sakinlər tikinti işlərinin aparıldığı ərazidəki hasarları dağıdıb. İşçilərlə etirazçılar arasında dava düşüb. Daha sonra işçilər məsələ ilə bağlı polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları vəziyyətə müdaxilə etməyib və geri qayıdıblar.
Qeyd edək ki, ərazidə tikinti işləri hələlik dayandırılıb.(anspress)
***
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev başçısı olduğu rayonunun Yeni Yasamal qəsəbəsində yerləşən binanın qarşısında tikintinin başlanmasına görə polis ilə sakinlər arasında yaşanan gərginliyə münasibət bildirib.
İ.Mehdiyev Publika.Az-a açıqlamasında deyib: “Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq layihəsi əsasında mən tikinti üzrə müavinimə tapşırmışam ki, gedib onların obyekt tikintisi ilə əlaqədar məsələni aydınaşdırıb yoluna qoysun. Ancaq məsələni dəqiqliyi ilə bilmirəm. Mən Yeni Yasamala da heç bir polis göndərməmişəm. Bu barədə deyilənlər yalandır”.





Şərhlər