Menu

İŞİD liderlərindən biri öldürüldü

14.11.2015, 21:16
İŞİD liderlərindən biri öldürüldü

"İraq Şam İslam Dövləti"nin Liviyadakı lideri Əbu Nabil ABŞ-ın hava zərbələri nəticəsində öldürülüb. Musavat.com xəbər verir ki, məlumatı Assişieyted Press agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən yayıb.

Məlumata görə, hava zərbəsi Darna şəhərində endirilib. Hücumun nəticələri dəyərləndirilir.

Hava zərbəsi Parisin terrorla sarsıdıldığı vaxtlarda endirilib. ABŞ administrasiyasının nümayəndəsi deyib ki, Fransa paytaxtında insanlar öləndə təyyarələr havada olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol