Menu

“İpoteka Fondu”na "ASALA" hücumu

16.11.2015, 10:37
“İpoteka Fondu”na "ASALA" hücumu

Azərbaycan İpoteka Fondunun rəsmi İnternet səhifəsi açılmır.

“Marja” xəbər veri ki, səhər saatlarında http://www.amf.az saytına daxil olmaq mümkün deyil. Sayt erməni terror təşkilatı "ASALA" tərəfindən dağıdılıb.

Fondun saytına daxil olarkən ingilis dilində “ASALA tərəfindən dağıdılıb” (Hacked by A.S.A.L.A.) ifadəsi ekrana çıxır. Yazının altında bu terrorçu təşkilatın rəmzi yerləşdirilib.

Artıq fond saytı bağlayıb, təmizləmə işləri həyata keçirir.

Qeyd edək ki, 27 Oktyabr 2015-ci il tarixində Azərbaycan prezidentinin Fərmanı ilə Azərbaycan İpoteka Fondunun bazasında “Azərbaycan İpoteka Fondu” ASC yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol