Menu

Ölkənin şimal bölgəsinə qar yağır

18.11.2015, 12:04
Ölkənin şimal bölgəsinə qar yağır

Ölkənin şimal bölgəsinə - Quba, Qusar və Xızı rayonlarına qar yağır.

Bu gün səhər saatlarından başlayaraq şimal regionunun rayonlarına qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb.

Bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal regionunda temperaturun aşağı düşməsi müşahidə olunub. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir. /Region TV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol