Neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın neft gəlirləri 8,7 milyard dollar azalıb.
“Marja” Dövlət Gömrük Komitəsinə istindən xəbər verir ki, 2015-ci ilin 10 ayı ərzində Azərbaycanın xam neft satışından gəliri 7 milyard 589 milyon 61 min dollar olub. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyard 706 milyon dollar və ya 53,4% azdır. 2014-cü ilin 10 ayında xam neft satışı 16 milyard 295 milyon manat olmuşdu.
Azərbaycan sayğac göstəriciləri əsasında 28 milyon 127 min 158 ton, gömrük bəyannamələri əsasında isə 18 milyon 292 min 892 ton xam neft ixrac edib. 7 milyard 589 milyon 61 min dollar gömrük bəyannamələri əsasında ixrac edilmiş xam neftin dəyəridir.


Şərhlər