Menu

Ömürlük məhbus öldü

18.11.2015, 18:09
Ömürlük məhbus öldü

Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb.

Hüquq müdafiəçisi Eldar Zeynalov APA-ya bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Atakişiyev Şəyavuş Mehdi oğlu ölüb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında faktı təsdiq edib. O, S. Atakişiyevin vəziyyətinin qəflətən pisləşdiyini bildirib: “Məhbus ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müalicə müəssisəsində müalicə olunub. Noyabrın 15-də axşam saatlarında saxlanıldığı kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib”.

Qeyd edək ki, S. Atakişiyevin barəsində 1992-ci ildə ölüm hökmü çıxarılıb. Lakin 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra onun barəsində olan cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol