Dövlət Neft Fondunun gələn il üçün büdcəsi təsdiqlənmək üçün prezidentə təqdim olunub.ANS TV-nin məlumatına görə, fondun müşahidə şurasının sədri, baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə keçirilən iclasında sənəd müzakirə olunub.
Beləliklə, gələn il Dövlət Neft Fondunun büdcəsində gəlirlər cari illə müqayisədə 34%-dən çox azalacaq və 6,71 milyard manat olacaq.
Xərclərdə də 30%-lik azalma baş verəcək və təxminən 8,26 milyard manat təşkil edəcək.
Fondun büdcə kəsiri cüzi artımla 1,55 milyard manat olması proqnozlaşdırılır.


Şərhlər