Menu

Ermənistan parlamentinin qapalı iclasında Lavrovun səfəri müzakirə olunur

19.11.2015, 18:29
Ermənistan parlamentinin qapalı iclasında Lavrovun səfəri müzakirə olunur

Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə qapalı iclas keçirilir.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, görüşdə xarici əlaqələr üzrə komissiyanın üzvləri, AŞPA-dakı nümayəndə heyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edir.

Görüşdə Rusiya xarici işlər nazirinin İrəvana səfərinin müzakirə olunacağı gözlənilir. Bəzi məlumatlara görə, S. Lavrovun səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol