Menu

​Fransada fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

19.11.2015, 20:09
​Fransada fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

Fransa parlamenti ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin 3 ay uzadılması haqda qanun layihəsini təsdiqləyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, qanunvericiliyə görə, ölkə prezidenti 12 gündən artıq fövqəladə vəziyyət rejimini elan edə bilməz. Fransa qanunlarına görə, fövqəladə rejimin müddətinin uzadılması üçün parlamentin sanksiyası olmalıdır.

Xəbərə əsasən, fövqəladə vəziyyət rejimi təhlükəsizlik xidməti əməkdaşlarının səlahiyyətlərini artırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol