Menu

Canlı bombaları 100 metrdən aşkarlamaq mümkün olacaq

21.11.2015, 14:47
Canlı bombaları 100 metrdən aşkarlamaq mümkün olacaq

ABŞ-da terrorçu-canlı bombaların kəmərini 100 metrdən müəyyən eləməyə imkan verən yeni qurğu yaradılıb. Musavat.com-un məlumatına görə, bu barədə “Defense One” nəşri yazıb.

Məlumatlara görə, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) onun köhnə versiyasını Əfqanıstanda sınaqdan çıxarıb. Qurğunun ərsəyə gətirilməsində əldəqayırma partlayıcı qurğularla mübarizə üzrə Birləşmiş Agentliyin mütəxəssisləri iştirak ediblər.

Aparat infraqırmızı şüalanma sensorlarından ibarətdir. Bu sensorlar müxtəlif diapazondan olan dalğaları aşkar edə bilir.

Parisdəki terror aktlarından sonra kompleksdən iri şəhərlərdə istifadə ediləcəyi bildirilir, hərçənd ilkin olaraq o, hərbi bazalar üçün nəzərdə tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol