”Suriyadakı öz nümayəndlərinizi oradan çıxarın və suriyalılara isə münaqişəni həll etməyə imkan verin"
Livanın "Hizbullah" şiə hərəkatının lideri Şeyx Həsən Nəsrullah ərəb ölkələrinin liderlərinə müraciət edərək,onları Yaxın Şərqdəki dövlətlərin gələcəkləri naminə Suriyadakı müharibəyə son qoymağa çağırıb.Bu məsələ ilə əlaqədar olaraq H.Nəsrullah deyib: ”Suriyadakı öz nümayəndlərinizi oradan çıxarın və suriyalılara isə münaqişəni həll etməyə imkan verin. Əgər bu baş verərsə,onda biz də Suriyada qalmayacağıq”.
O həmçinin əlavə edib ki,onun rəhbəri olduğu hərəkat islamçıların Suriyada hakimiyyətə gəlmələrinə yol verməyəcək. Hazırda "Hizbullah" hərəkatının döyüşçüləri Suriya prezidenti Bəşər Əsəd rejimini müdafıə etmək məqsədi ilə hökümət qoşunları ilə birlikdə üsyançılara qarşı vuruşurlar. Suriyada 2011 –ci ilin mart ayından başlayaraq hökümət gücləri ilə müxtıif qruplaşmalardan ibarət olan müxalif döyüşçülər arasında baş verən silahlı münaqişə nəticəsində Birləşmiş Millətlər Təşkilatının məlumatına görə 130 mindən çox adam həlak olub ki,bunun da əksəriyyəti dinc insanlardır.Ölkədə baş verən vətəndaş müharibəsinin digər faciəli tərəfi isə iki milyondan çox qaçqının əmələ gəlməsidir.
Vaqif
AzPolitika.info

Şərhlər