Menu

Türkiyə parlamenti özünə sədr seçdi: İsmail Kahraman

22.11.2015, 21:12
Türkiyə parlamenti özünə sədr seçdi: İsmail Kahraman

Yeni tərkibli Türkiyə Böyük Millət Məclisi (TBMM) öz yeni sədrini seçib. Qeyd edək ki, bu günə qədər parlament Dəniz Baykalın müvəqqəti sədrliyi ilə fəaliyyət göstərib.

"AzPolitika.info"nun məlumatına görə, AKP parlament sədrliyinə İstanbuldan millət vəkili seçilən İsmail Kahramanın namizədliyini irəli sürüb. Lakin yeni parlamentdə 316 mandata sahib olan AKP-nin səsvermənin birinci və ikinci turlarında Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib çıxa bilməyib. Çünki ilk 2 turda iddialı şəxslər yalnız 367-dən yuxarı sayda deputatın səsinə sahib olmaqla parlamentə sədr seçilə bilərlər.

Mövcud mandat bölgüsünə görə, heç bir namizəd bu sayda səs toplamaq imkanında olmayıb. Belə olan halda 276 səsin lazım olduğu üçüncü tur keçrilib. Səsvermənin üçüncü turunda AKP namizədi İsmail Kahraman Türkiyə Böyük Millət Məclisinə sədr seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol