Menu

Olland Britaniya parlamentini İŞİD-lə bağlı qərarı dəstəkləməyə çağırıb

27.11.2015, 23:43

Fransa prezidenti Fransua Olland umid edir ki, Britaniya parlamentinin icmalar palatası baş nazir Devid Kemeronun İŞİD-ə qarşı əməliyyata dair təklifini dəstəkləyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Maltada səfərdə olarkən bildirib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron noyabrın 26-da ölkə parlamentini Suriyada İŞİD-ə qarşı hərbi-hava əməliyyatlarını dəstəkləməyə çağırıb. Qeyd edək ki, bundan əvvəl parlament baş nazirin Suriya ilə balı sorğusunu rədd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol