Menu

Ekspertdən valideynlərin cərimələnməsi cəzasına sərt təpki – “Yeni rüşvət mənbəyidir”

03.12.2015, 14:35

Nadir-Israfilov0211-242x300-242x3001-242x3001-242x3001-242x300İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov, məcəlləyə təklif olunan dəyişikliyı dərindən düşünülməmış yanlış addım kimi qiymətləndirib.

Ekspertə görə, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Bu, əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, genış müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.

N. İsrafilovun sözlərinə görə, Sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzifədən azad olunmaya qədər ən ağır cəza növləri tətbiq edilirdi. Rüb ərzində 40 saat dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmış hesab olunaraq, həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qəraq çıxarılırdı.

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla” şərtinə qalınca, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyatla bağlı məsələlərin də həlledici rolu vardır, onda bu cərimələrin əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz.

Məktəbdə elə bir mühit yaradılmalıdır ki, şagird məktəbə həvəslə getsin, məktəb həyatı onun maraq dünyasının ayrılmaz tərkib hissəsinə çevrilsin. Yox, əgər biz təhsilə cəlb etmək üçün dünya təcrübəsində belə bir halın olmasına istinad ediriksə, onda dünya təcrübəsindəki digər anoloji halları da nəzərə almalıyıq. Məsələn, elə Dubayda gəncləri təhsilə stimullaşdırma vasitəsi kimi magistraturada təhsil alanlara 3000 dollar həcmində təqaüd verilir və s.

“Hesab edirəm ki, məhz dərs hesabına repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilər. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir Maraqlıdır, görəsən belə bir təklif kimin ağlına gəlib” - N. İsrafilov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol