Menu

"Moldova, Azərbaycan və Gürcüstanda münaqişələrin həlli uzanır" - Con Kerri

03.12.2015, 15:22

con kerri"Moldova, Azərbaycan və Gürcüstanda həlli uzanan münaqişələr hələ də həll olunmamış qalır". "Report" xəbər verir ki, bunu ATƏT Nazirlər Şurasının Belqradda keçirilən 22-ci iclasında çıxışı zamanı ABŞ dövlət katibi Con Kerri deyib.

Dövlət katibi həll olunmamış münaqişələri ATƏT məkanında təhlükəsizlik üçün bir çağırış kimi dəyərləndirib. O, bu yöndə addımlar atılmasının zəruriliyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol