Menu

Rusiya İrana müdafiə sistemləri göndərir

03.12.2015, 21:23
Rusiya İrana müdafiə sistemləri göndərir

Rusiya İrana S-300 raketlərini ixrac etməyə başladığını rəsmən açıqladı.

Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya baş nazirinin hərbi əməkdaşlıqla məsuliyyətli köməkçisi Vladimir Kojin İrana S-300 raketindən müdafiə sistemi ixracının başladığını bildirib.

Rusiya və İran noyabrın əvvəlində 5 ədəd S-300 raket batareyasının ixracına davam edilməsi üçün yeni bir müqavilə imzalamışdı.

Qeyd edək ki, S-300 dünyanın ən güclü müdafiə sistemlərindəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol