“Müxalifətin çoxillik uğursuzluğunun kökündə DTK arxivlərinin açılmaması durur”
Xədicə İsmayılın dilə-dişə düşən casus siyahısı gerçəkdən ölkə gündəminə elə damğasını vurub ki, heç şübhəsiz qarşıdan gələn parlament seçkilərində də rəqiblər arasında bir-birinə qarşı istifadə olunacaq əsas silahlardan biri olacaq. Cəbhəçi jurnalist Xaliq Bahadır da həmin siyahının hələ xeyli dartışılacağı qənaətindədir.
Moderator.az-a açıqlamasında X. Bahadır deyib ki, əsas bəla DTK arxivlərinin bu günədək açılmamasıdır:
“Mən o siyahıyla bağlı hələlik susmağa üstünlük verirəm - indi bu ölkədə doğru sözə inanan yoxdur. O siyahının doğru-yalanlığı ilə bağlı yalnız bunu deyə bilərəm: AXC hakimiyəti dönəmində prezident Ə.Elçibəyə birbaşa MTN-dən AXC hakimiyətində yüksək yer tutan 140 DTK agentinin adı verilmiş, siyahı eləcə qırağa qoyulmuşdu. Azərbaycan müxalifətinin çoxillik uğursuzluqlarının kökündə o siyahı - KQB arxivlərinin açılmaması faktı durur. AXC hakimiyyətində yüksək yer tutan agentlər hakimiyyəti bəlli generallarına ötürəndən sonra keçib müxalifətdə yüksək yerlərlərə yiyələndilər. Bax, bu faktı kimsə dana bilməz!

Şərhlər