Menu

Vurduğu piyadanı xəstəxanaya apardı, sonra birini də vurdu

05.12.2015, 15:25

yol-polisi-qezapolBərdə şəhərində sürücü idarə etdiyi avtomobillə iki piyadanı eyni gündə vurub.

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir ki, Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub. R.Malıyev avtomobilində yaralını xəstəxanaya apardıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurub.

R.Hacıyev xəstəxanaya yerləşdirilib. S.Ağayev isə xəstəxanada ölüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol