Menu

London metrosunda terror aktı

06.12.2015, 12:51
London metrosunda terror aktı

Böyük Britaniya polisi Londonda baş verən silahlı insidenti terror aktı kimi qiymətləndirib. ANS PRESS-in məlumatına görə, London metropoliteninin Leytonstoun stansiyasında bıcaqla silahlanan naməlum şəxs sərnişinlərə hücum edib. Hücum nəticəsində azı 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Artıq Twitter sosial şəbəkəsində hadisənin görüntüləri yayılıb.

Bəzi məlumatla görə silahlı şəxs insident zamanı “Bu Suriyaya görədir” sözlərini qışqırıb. Hadisə yerinə gələn polislər onu saxlayıblar.Yerli polis nümayəndəsinin sözlərinə görə hadisə yerində nəqliyyat polisi araşdırmaları davam etdirir. “Bizim bir nəfərin ciddi xəsarət aldığı haqda məlumatımız var. Hazırda digər xəsarət alanlar haqda məlumatları dəqiqləşdiririk” – deyə polis bildirib.

Hadisənin baş verdiyi ərazi

Dekabrın 3-dən etibarən Böyük Britaniya höküməti Suriyada hərbi əməliyyatlara qatılmağa dair qərar verib. Ölkənin kral hərbi-hava qüvvələri Suriyada yerləşən İŞİD-in mövqelərinə ilk aviazərbələr endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol