Menu

Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb - SOCAR

06.12.2015, 16:32
Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb - SOCAR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.

SOCAR-dan APA-ya bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.

R. Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, R. Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb.

“Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib.

Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol