Menu

"1 saniyə belə itirmək olmaz" - "SOCAR Türkiyə"

07.12.2015, 10:47
"1 saniyə belə itirmək olmaz" - "SOCAR Türkiyə"

"Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz".

"APA-Economics"in xəbərinə görə, bu barədə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə açıqlamasında deyib.

K. Yavuz bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsində TANAP-ın tikintisinin sürətləndirilməsi barədə siyasi qərar qəbul edilib.

"Anlayırıq ki, layihənin tikintisi maksimum tez qurtarmalıdır. Podratçı şirkətlərlə yenidən söhbətlər aparılacaq, tikinti işləri 24 saatlıq rejimdə aparılacaq. Bir saniyə belə itirə bilmərik", - deyə K. Yavuz bildirib.

Türkmənistan qazının da Avropaya TANAP-la nəql olunmasına işarə edən K. Yavuz bildirib ki, kəmərin illik ötürücülük qabiliyyəti 31 mlrd. kubmetrə qalxa bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol