Menu

Abutalıbov oğlunun Suriyada döyüşmədiyini bildirir

20.02.2014, 16:49
Abutalıbov oğlunun Suriyada döyüşmədiyini bildirir

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oğlu İsrafil Abutalıbovun Suriyaya getməsi haqda səslənən fikirlərə aydınlıq gətirib.

Azvision.az-a açıqlamasında H.Abutalıbov bu iddiaların yalan olduğunu bildirib: “Bu xəbərlər tamamilə yalandır. Deyilənlər cəfəngiyyatdır. Belə bir şey ola bilməz”.

Qeyd edək ki, bu gün yerli mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlunun Əsəd rejiminə qarşı vuruşmaq üçün Suriyaya getməsi haqda iddialar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol