Menu

Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

07.12.2015, 13:58
Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

Rusiyanın Xəzər donanmasının gəmilərinin heyəti hərbi hazırlıq çərçivəsində təlimlərə başlayıblar.

Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

“İlk kurs vəzifəsinin elementlərinin yerinə yetirilməsinə 50 gəmi, o cümlədən “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Veliki Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” kiçik raket və artilleriya gəmiləri başlayıb”, press-relizdə deyilir.

Dənizçilər gəminin döyüşə və səfərə hazırlığına, sağ qalmaq uğrunda mübarizəyə, hava əleyhinə müdafiəyə dair müxtəlif təlimlər keçirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol