Menu

Kiyevdə ölənlərin sayı 64-ə çatdı - Fotosessiya

20.02.2014, 21:20
Kiyevdə ölənlərin sayı 64-ə çatdı - Fotosessiya

Ukraynanın paytaxtı Kiyevdə baç verən iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub”, deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol