Menu

Noyabrda aktivlik qeydə alınan sürüşmə sahələri açıqlanıb

08.12.2015, 20:05
Noyabrda aktivlik qeydə alınan sürüşmə sahələri açıqlanıb

“Noyabrda Zığ-1 sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,06-0,3 sm olan çatlar əmələ gəlib. Ayrı-ayrı lokal çökmə sahələrində aktivləşmələr müşahidə olunub”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, ötən ay Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın istinad divarlarının bəzi yerlərində çökmə prosesi baş verib: “Quraşdırılmış mayaklarda 0,4-0,7 sm enində çatlar genişlənib. Qəbiristanlığın hipsometrik aşağı hissəsində mövcud qabarma hissəsində nisbi aktivlik müşahidə edilib. Habelə Masazır sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda 0,1-0,15 sm ölçüdə genişlənmələr müşahidə olunub. Sahədə nisbi aktivlik müşahidə olunur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol