Menu

"İŞİD-in üç lideri məhv edilib" - Pentaqon

10.12.2015, 23:31
"İŞİD-in üç lideri məhv edilib" - Pentaqon

Penraqon Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən “İraq Şam İslam Dövləti”nin (İŞİD) “maliyyə naziri” və daha iki liderinin məhv edildiyini açıqlayıb.Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb.

ABŞ ordusunun polkovniki Stiv Uorren Pentaqonda keçirdiyi mətbuat konfransında bildirib ki, koalisiyanın hava zərbələri nəticəsində İŞİD-in maliyyə işlərini həyata keçirən Əbu Saleh, qrup rəhbəri və icraçı direktor vəzifəsini icra edən şəxs öldürülüb.

Qeyd edək ki, Pentaqon bundan əvvəl İŞİD liderlərindən Əbu Nabilin öldürüldüyünü təsdiqləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol