Bu ilin yanvarında H.Əliyev adına neft emalı zavodu 119,3 min ton benzin istehsal edib.

Dövlətstatkoma görə, 2013-cü ilin üyni dövrü ilə müqayisədə benzin istehsalı 2,8% azalıb.

1 fevral 2014-cü il üçün NEZ anbarlarında 41,2 min ton məhsul var.

Qeyd edək ki, 2013-cü ildə H.Əliyev adına neft emalı zavodu 1,407 mln ton avtomobil benzini istehsal edib. Avtomobil benzini istehsalı 2012-ci illə müqayisədə 8,5% artıb.

ARDNŞ-nin iki NEZ-i var. Amma benzin H.Əliyev adına neft emalı zavodunda istehsal edilir. Bu ilin aprelində ARDNŞ-nin H.Əliyev adına neft emalı zavodunu 1 aylığa yenidənqurmaya dayandıracağı gözlənilir.