2016-cı ildən Türkiyəni təbii qazla təmin etməyi planlaşdırırıq.Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin iqtisadi əlaqələr üzrə müşaviri Bevar Hansi deyib.
“Rəhbərlik Türkiyədən Avropaya ildə 10 milyon kubmetr təbii qaz nəql edəcək. 2020-ci ilin əvvəlində isə bu rəqəm 20 milyon kubmetrə çatacaq. Hazırda 5.7 milyard kubmetr həcmində qaz ehtiyatımız var. Həmçinin İrandan Asiyaya kimi boru xətti də çəkməyi planlaşdırırıq”, - deyə Hansi qeyd edib.


Şərhlər