Ali Radanın yeni spikeri kimi "Batkivşina"dan Aleksandr Turçinov seçilib. Bu qərara 326 deputatdan 288-i səs verib. Ali Radanın sədrliyinə digər namizəd deputat Petra Poroşenko isə namizədliyini son anda geri götürüb.

Ali Rada fevralın 22-də keçirilən yığıncağında müxalifətçi “Batkivşina” fraksiyasının üzvü Arsen Avakovu daxili işlər vəzifəsinin icraçı təyin edib.

Unian.net-in yaydığı xəbərə görə, müzakirələrdə iştirak edən 324 deputatın 275-i qərarın lehinə səs verib. Avakov koalisyon hökumət yaradılana qədər bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Arsen Avakov ən fəal avromaydançılardandır.