Bu gün günorta saatlarında Ukrayna Ali Radası siyasi məhbus, ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun azadlığa buraxılması haqda qərar qəbul edib. Qərara 332 deputatın hamısı səs verib.
Musavat.com-un ria.ru-ya istinadən verdiyi xəbərə görə, Y.Timoşenko artıq azadlığa çıxıb.
Bu barədə onun mətbuat xidmətindən bildirildiyi deyilir.
Ali Radanın qərarı ilə azad edilən sabiq baş nazir Timoşenkonun qızı Yevgeniya Timoşenko anasını qarşılamaq üçün Xarkova yola düşüb. Yulaya Timoşenkonun sözlərinə görə, onu bu yolda ailə üzvləri, xarici diplomatlar müşayət edir. "Ukrayna qanunlarına və beynəlxalq normalara görə mənim anam artıq azad insandır. Ali Radanın qərarın eşidən də göz yaşlarımı tuta bilmədim". "Batkivşina"nın mətbuat katibi bildirib ki, sabiq baş nazir hazırda Xarkovda xəstəxanadadır. Onu hələ azad etməyiblər. Amma bu hər an baş verə bilər.
Vaqif
AzPolitika.info

Şərhlər