Menu

Rusiyanın gözləmədiyi zərbə

18.12.2015, 18:38
Rusiyanın gözləmədiyi zərbə

Avropa enerji bazarında Rusiyaya olan inamın azalması və Parisdə keçirilmiş İqlim Zirvəsində (COP21) verilən qərarlar ilə bərpa olunan enerjiyə yönəlməmim qaza marağı azaldacağı bildirilir.

"Marja" xəbər verir ki, Mərkəzi Brüsseldə yerləşən Avropa Geosiyasi Forumunun enerji eksperti Ben McPherson, qazın uzun illərdir ki, neft və kömürdən daha populyar olduğunu, ancaq uzun müddətdə bərpa olunan enerjinin bu "taxtı" ələ keçirəcəyini deyib.

Mcpherson, Rusiyanın qazı siyasi bir təzyiq vasitəsi kimi istifadə etdiyinə işarə edərək, "Moskva oynadığı bu oyunda, müxtəlif qaz boru kəməri layihəsi təklifləri təqdim edərək, digər ölkələr üzərində təzyiq yaratmağa çalışır. Buna misal olaraq Cənub Axını, Türk Axını və Şimal Axını-2 layihələrindən danışmaq olar. Avropa ilə yanaşı, Türkiyə kimi regionun güclü ölkəsi də iqtisadiyyatının bu təzyiq vasitəsinə görə pisləşməsini istəməz" deyib.

QAZA TƏLABAT ORTA PERSPEKTİVDƏ DAHA DA AZALACAQ

Mərkəzi ofisi Vaşinqtonda yerləşən beyin mərkəzi Brookings İnstitutundan ekspert Richard Kauzlarich, Avropanın qaz tələbatının ildən ilə azaldığını və COP21 qərarlarının tətbiq olunmağa başlanması ilə aşağı karbon emissiyası üçün səylərin artacağını vurğulayıb.

Kauzlarich, "Avropa, Almaniya rəhbərliyi ilə bərpa olunan alternativ enerjiyə yönəldi və onsuz da azalmaqda olan qaz tələbatı orta perspektivdə daha da azalacaq" deyə bildirib.

Avropa Siyasət Mərkəzinin (EPC) Enerji Eksperti Marco Giuli də son on il ərzində Avropanın qaza marağının azaldığını, bunun bir çox xarici faktora bağlı olaraq baş verdiyini deyib. 2008-də Avropada baş verən iqtisadi böhranın, qaza marağı azaltdığını bildirən Giuli, bərpa olunan enerjiyə verilən dəstəyin artırılmasının qaza marağı daha da azaldacağını deyib.

Giuli, Avropadakı elektrik stansiyalarında elektrik enerjisi istehsal edə bilmək üçün qazın üstünlük verildiyini, ancaq kömür və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında istifadənin artmasının təbii qazı kənərda qoyacağını dilə gətirib.

Qarşıdakı dövrdə qazda böyük miqdarda təklif çoxluğu olacağına işarə edən Giuli, ABŞ ilə Avstraliyadan gələcək mayeləşdirilmiş qaza bazarda daha çox üstünlük veriləcəyini deyib.

QAZDA MÖVCUD VƏZİYYƏT

Eurogas təşkilatının məlumatlarına görə, Avropa Birliyinin üzvü 28 ölkənin 2010-da təbii qaz tələbatı 527 milyard kubmetrdən (bcm), 2011-də 477, 2012-də 465, 2013-də 458 və 2014-də 407 milyard kubmetrə enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol