Menu

FTX əməkdaşlarına qadın və uşaqları güllələmək hüququ verildi

23.12.2015, 00:49
FTX əməkdaşlarına qadın və uşaqları güllələmək hüququ verildi

Rusiya Dövlət Duması FTX əməkdaşlarının səlahiyyətlərini dəqiqləşdirən qanun layihəsi qəbul edib.

Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, həmin qanuna görə, bundan sonra onlara kütləvi iğtişaşlar zamanı qadın və uşaqlara gllə atmaq hüququ verilib.

Maraqlıdır ki, deputatlar qanuna düzəlişləri müzakirəsiz qəbul edib. Qanuna edilən dəyişikliyə əsasən, FTX əməkdaşları cinayətkarı saxlayarkən odlu silah olmadığı halda istənilən vasitədən yararlana bilərlər.

FTX əməkdaşları həmçinin istənilən mənzilə və əraziyə maneəsiz keçə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol