Erməni işğal olunmuş ərazilərimizi qaytardı ki, hələ bir kompensasiya da tələb edirik?
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Ermənistandan 300 milyard dollar kompensasiya tələb edəcəyini bildirib.
Modern.az-ın məlumatına görə, Ə.Həsənov bu barədə belə deyib: "Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi beynəlxalq səviyyədə aparılır, bu ziyanın umumi məbləği artıq 300 milyardı dolları ötüb. Qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın ödənilməsi üçün kompensasiyanı tələb edəcək".
Əli müəllimin səmimiyyətinə şübhə etmirik. Amma bu çür fantastlik iddialarla məşğul olmaq əvəzinə rayonlarımızı işğaldan azad etmək haqqında fikirləşmək daha məntiqli və düzgün olardı. Erməni işğal olunmuş ərazilərimizi qaytardı ki, hələ bir kompensasiya da tələb edirik? Və yaxud beynəlxalq birlik nə vaxt bərk səslə Ermənistana işğal olunmuş ərazilərimiizdən çıxmağı tələb etdi ki, üstəlik rəsmi İrəvana bizə kompensasiya ödəməyi də tapşırsın? Həm də bu qədər pul Ermənistanda yaxın 500 ildə olmayaçağı halda...
Odur ki, hörmətli Əli Həsənov da təmsil olunduğu hakimiyyət bu çür boş iddialarla millətin başını qatmaq əvəzinə, real iş görüb 5 metr ərazini işğaldan azad etsin. Əgər əlbəttə bunu bacarırlarsa və istəyirlərsə...
Vaqif Nəsibov
AzPolitika.

Şərhlər