Menu

Daha bir nəfər intihar etdi

24.02.2014, 14:56
Daha bir nəfər intihar etdi

Şirvan şəhərində intihar hadisəsi baş verib. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan sakini, 1950-ci il təvəllüdlü Mustafayev Əli Əliqardaş oğlu səhər saatlarında özünü yaşadığı binanın beşinci mərtəbəsindən ataraq intihar edib. İlkin məlumatda Ə.Mustafayevin ruhi xəstə olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, onun bundan əvvəl bir neçə dəfə intihara cəhdinin qarşısı alınıb. Mərhum bu dəfə gözdən yayınaraq özünü beşinci mərtəbədən atıb.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol