Ukraynanın eks-prezidneti Viktor Yanukoviçin vətəndaş nikahıyla yaşadığı qadın bəlli olub.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu onun aşpazı Nadejda Mariçevoyun doğma bacısı Lyubov Polejaydır. Onlar uzun illər bir yerdə yaşayıblar.

Mətbuatın yazdığına görə, Yanukoviç öz arvadı Lyudmiladan rəsmi boşanmayıb. Onlar Xonkada Yanukoviç, Polejay və onun kiçik qızı ilə bir yerdə yaşayırmış.

Yanukoviçin məşuqəsi və kiçik qızı Mairiya ilə çoxsaylı şəkilləri onun yaşadığı rezidensiyada aşkar edilib. Yanukoviçin sevgilisinin şəxsi spa-salonu və “Gələcəyə gedən yol” xeyriiyə təşkilatçı olub. Yanukoviçin yardımı ilə bu təşkilata milyonlarla dollar vəsait köçürülüb. Bunu rezidensiyadan tapılan sənədlər deməyə əsas verir.

Qeyd edək ki. prezidentin ailəsi Donetsk şəhərində böyük oğlu Aleksandrla bir yerdə yaşayır.