İslam partiyası rayon rəhbərliyini təxribatçılıqda ittiham edir
Azərbaycan İslam partiyası (AİP) Astara rayonunda baş verən hadisə və həbslərlə bağlı bəyanat yayıb.
Bəyanatın yayılmasına səbəb bir həftə öncə sosial şəbəkədə Astara sakinlərinə yönəlik təhqiredici məlumatın yer alması, rayonun Ərçivan qəsəbə sakinlərinin rayon rəhbərliyinə bu rtəxribatçının tapılması tələbi qoymasıdır.
Rayon rəhbərliyi nəinki təxribatçını tapmayıb, əksinə hər hansı addım atmayıb, nəticədə bazar yandırılıb, bundan sonra həbslər aparılıb və AİP Astara rayon komitəsinin sədri də həbs edilib.
Bəyanatda Astara rayon rəhbərliyi əhalinin etimadını qazanmamaqda və buna görə əhaliyə qarşı inzibati-amirlik tədbirlərinə əl atmaqda ittiham edilir. Müəlliflər partiyanın rayon komitəsinin sədrinin həbsini əsassız sayırlar.
Bir qrup insan 5 gündın artıqdır ki, saxlansa da hüquq-mühafizə orqanları onlar barədə məlumat vermir, bu isə sakinlərin narahatlqı və narazılığına səbəb olur.
AİP yaydığı bəyanatda yerli icra hakimiyyətlərini yerlərdə əhalinin sosial həyat şəraitini yaxşılaşdırmamaqda, insanları işlə təmin etməməkdə, onları narahat edən problemləri aradan qaldırmamaqda ittiham edir.
Sənəddə yerli hakimiyyətlər diqqəti vəzifələrini yerinə yetirməmələrindən yayındırmaq üçün təxribatçılara qoşularaq əhalini qorxu və xof altında saxlamağa çalışmaqada da suçlayırlar.
Son olaraq müəlliflər problemin aradan qaldırılması, həbs olunan şəxslərin azad olunmalrı üçün dövlət rəhbərliyinin müdaxiləsini vacib və məqbul sayırlar.

Digər 4 nəfər də mömindir, amma İP üzvü olduqları bilinmir. Eyni zamanda etirazlarda iştirak etmiş digər kəndlilər də bir-bir polisə çağırılır, dindirilir. Ancaq həbs edilən 5 nəfər islamçı azad edilməyiblər. Onlar fevralın 20-də saxlanılıblar.
İslamçıların müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimovun sözlərinə görə, F.Şükürov İP üzvüdür və tutulan digər dindarların partiya mənsubiyyəti olması qeyri-müəyyəndir.
N.Kərimov qeyd etdi ki, F.Şükürov əslində etirazçıların qarşısına çıxıb və bunun provokasiya olduğunu bəyan edib: “Amma eyni gündə ərçivanlıların işlədiyi mərkəzi bazar yanıb. Bu bir az da camaatı qızışdırıb. Mən elə bilirəm ki, təxribatdır, təşkil olunmuş provokasiyadır. Tutulan dindarlara hələlik cinayət işi açılmayıb. Amma üç gündür saxlayıblar. Ərçivan Nardaran kimi fəal bir kənddir. Buranın camaatı həmişə haqq üçün döyüşüb”.
Komitə sədri dedi ki, Astaranın icra başçısı tutulanların buraxılacağına söz versə də, hələ də azad olunmayıblar: “Bu, hazırlanmış təxribatdır. Camaat sosial şəbəkədə təhqir olunmasına etiraz edib. Onların içərisindən 5 dindar seçib tutublar. Biz indi bu işlə maraqlanırıq, araşdırırıq.
İslam partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov məsciddə namaz qıldıqdan sonra çıxarkən görüb ki, bir qrup şəxs camaatı meydana dəvət edir. Famil də onların qarşısına çıxaraq deyib ki, “Siz bu cür məsləhətsiz iş görməyin!” Yəni onlara qarşı çıxış edib. Amma nədənsə hadisələrdən sonra bəzi şəxsləri evlərindən tutub apararkən, Famil Şükürovu da həbs ediblər. Tutulan 5 nəfərin hamısı dindardır, partiya üzvü deyillər.
Bəzən hakimiyyətdə olan qüvvələr cəmiyyətdə aranı qatırlar bir-birinə. Sonrada öz fikirlərində nə tutublarsa, onu icra edirlər. Bu məsələ də eyni ilə elədir. Mənim orada olan ağsaqqallardan aldığım məlumata görə, bu bir qurulmuş oyun idi. Yəni hadisələr bu dərəcədə olmamalı idi. Hazırda danışıqlar gedir. Onları Astara polisində saxlayırlar. Güman edirik ki, onları sərbəst buraxacaqlar”.
Fevralın 17-də səhər saatlarında Astarada ciddi gərginliklər yaşanıb. Rayon camaatının ünvanına aşağılayıcı ifadələr işlədilməsi sakinləri hövsələdən çıxarıb və onlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək aksiya keçiriblər.
Bu hadisənin Astaranın mərkəzi bazarının müəmmalı şəkildə yandığı günə təsadüf etməsi isə emosiyaları daha da qızışdırıb. Ərçivan kənd sakini, Astarada tanınmış ictimai fəal Vaqif Əhmədoğlu hadisəni təxribat adlandırır. Əhalini təhqir edən şəxsin kimliyi isə anonim saxlanır və onun tapılıb cəzalandırılmadığı deyilir.
Vaqif
AzPolitika.info

Şərhlər